Moskvada daha 50 nəfər koronavirusdan öldü

moskvada-daha-50-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 884

Moskvada son sutka ərzində daha 50 nəfər koronavirusun qurbanı olub.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bununla da paytaxtda Covid-19-dan ölənlərin sayı 856 nəfərə yüksəlib. Dünyasını dəyişənlərin hamısında pnevmoniya da olub.

Qeyd edək ki, Rusiyada koronavirusdan 1451 nəfər dünyasını dəyişib, 155 370 nəfər infeksiyaya yoluxub.