Moskvada daha 58 nəfər koronavirusdan öldü

moskvada-daha-58-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 877

Moskvada daha 58 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında koronavirusdan ölənlərin sayı 1290 nəfərə yüksəlib.

Ümumilikdə isə ölkədə 242 min 271 nəfər Covid-19-a yoluxub. 2200-dən çox insan isə ölüb. 48 min 3 nəfər virusa qalib gəlib.