Moskvada daha 65 nəfər koronavirus qurbanı oldu

moskvada-daha-65-nefer-koronavirus-qurbani-oldu
Oxunma sayı: 856

Moskvada daha 65 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bununla da paytaxtda Covid-19 qurbanlarının sayı 611-ə çatıb. Hazırda Moskvada 45,5 min nəfər virus daşıyıcısıdır. 4,6 min nəfər isə sağalıb.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların ümumi sayı 99 min 399 nəfər, ölənlərin sayı isə 972 nəfərdir.