Moskvada daha 68 nəfər koronavirusdan öldü

moskvada-daha-68-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 964

Moskvada daha 68 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, bununla da paytaxtda Covid-19-dan ölənlərin sayı 1358 nəfər olub.

Son sutka ərzində isə Moskvada 4712 nəfərdə virus aşkarlanıb.

Rusiyada ümumilikdə koronavirusdan 2305 nəfər ölüb, 252 min 242 nəfər isə virusa yoluxub.