Moskvada daha 7 nəfər COVİD-19-dan dünyasını dəyişdi

moskvada-daha-7-nefer-covid-19-dan-dunyasini-deyisdi
Oxunma sayı: 953

Moskvada daha 7 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bununla da paytaxtda epidemiyadan ölənlərin sayı 113 nəfərə yüksəlib. Ölənlər 36-86 yaş aralığındadır. Onlarda şəkərli diabet, kardioskleroz, onkoloji xəstəliklər də müşahidə olunub.

Qeyd edək ki, Rusiyada 24 min 490 xəstədən 15 minə yaxını Moskva sakinidir.