Moskvada daha 71 nəfər koronavirusdan öldü

moskvada-daha-71-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 942

Rusiyanın paytaxtı Moskva şəhərində son sutka ərzində daha 71 pasiyent koronavirusdan vəfat edib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, bu barədə Operativ Qərargahdan məlumat verilib.

Bununla da Moskvada koronavirus qurbanlarının sayı 2 254-ə yüksəlib.

Ən son məlumatlara əsasən, Moskvada ümumilikdə 171 mindən çox insanda koronavirus aşkarlanıb, 67,5 minə yaxın pasiyent sağalıb.

Bütövlükdə Rusiyada isə 370 680 yoluxma, 3 968 ölüm halı qeydə alınıb, 142 208 nəfər sağalıb.