Moskvada daha 75 nəfər koronavirusdan öldü

moskvada-daha-75-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 783

Moskvada sutka ərzində daha 75 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19-dan dnüyasını dəyişənlərin sayı 1726 nəfərə çatıb. Ölən şəxslərə pnevmoniya diaqnozu da qoyulub.

Qeyd edək ki, Rusiyada hazırda 299 min 941 nəfər koronavirus xəstəsidir. 2837 nəfər isə dünyasını dəyişib.