Moskvada daha 76 nəfər koronavirusun qurbanı oldu

Moskvada daha 76 nəfər koronavirusun qurbanı oldu
Oxunma sayı:

Moskvada son sutka ərzində daha 76 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 8 978-ə çatıb.

Moskvada ümumilikdə 607 mindən çox insan koronavirusa yoluxub, 452 mindən çox pasiyent xəstəliyə qalib gəlib.