Moskvada daha 8 nəfər koronavirusdan öldü

moskvada-daha-8-nefer-koronavirusdan-oldu
Oxunma sayı: 1023

Rusiyanın paytaxtı Moskva şəhərində daha 8 pasiyent koronavirusdan vəfat edib. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə yeni koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, ölənlərin 39-84 yaşı olub. 39 yaşlı pasiyentdə kəskin tənəffüs çatışmazlığı və s. xətəliklər müşahidə olunurdu. Bundan əlavə, ölənlərdən üçü şəkərli diabetdən əziyyət çəkirdi. Bütün pasiyentlərin digər xəstəlikləri olub.

Qeyd edək ki, Rusiyada indiyədək 11 mindən çox insan koronavirusa yoluxub, 90-dan çox pasiyent vəfat edib, 800-ə yaxın insan sağalıb.