Moskvada desantçılarla Milli Qvardiyaçılar arasında dava - Video

moskvada-desantcilarla-milli-qvardiyacilar-arasinda-dava
Oxunma sayı: 11600

Rusiyanın Moskva şəhərinin Qorki parkında Hava Desant Qoşunları gününü qeyd edən desantçılar Milli Qvardiyanın əməkdaşları ilə dava edib. “Qafqazinfo” bildirir ki, bu barədə “Readovka” teleqram kanalı xəbər verib.

Qeyd edilir ki, davanın səbəbi hələlik məlum deyil.

Xəsarət alanlar və saxlanılanlar var. Onların sayı dəqiqləşdirilmir.

Hadisə yerinə OMON-çular (xüsusi təyinatlı polis dəstəsi) cəlb olunub.