Moskvada əlverişsiz havaya görə ölən və yaralananlar var

moskvada-elverissiz-havaya-gore-olen-ve-yaralananlar-var
Oxunma sayı: 781

Rusiyada dünəndən bəri davam edən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq paytaxt və Moskvaətrafı regionlarda iki nəfər ölüb, 22 nəfər isə yaralanıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, 10 nəfər xəstəxanaya yerləşdirilib.

327 yaşayış məntəqəsində enerji təchizatı pozulub. 47 çoxmərtəbəli, fərdi və inzibati binanın damı uçub. Aeroportlarda 300-dən çox reys gecikib, 30-dan çox reys isə ləğv edilib. 

Hindometroloqlar əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini açıqlayıblar.