Moskvada erməni boksçu güllələndi

Moskvada erməni boksçu güllələndi
Oxunma sayı: 1070

Rusiyanın Moskva şəhərində muay-tay boksçusu, Ermənistan vətəndaşı Aşot Bolyan öz avtomobilinin yanında ölü vəziyyətdə tapılıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” yazıb.

Mənbənin məlumatına görə, idmançı noyabrın 13-də paytaxtın Naximov küçəsində yerləşən 59 nömrəli binanın qarşısında güllələnib. Bolyan hadisə yerində, “Infiniti” markalı avtomobilinin yanında həyatını itirib.  

Faktla bağlı cinayət işi açılıb. Qətli törədən şəxsin axtarışları davam etdirilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi