Moskvadakı yanğın söndürüldü - Video - Yenilənib

moskvadaki-yangin-sonduruldu
Oxunma sayı: 3065

Rusiyanın paytaxtı Moskvanın şərqində həm istehsalat müəssisəsi, həm də anbar kimi istifadə olunan binada güclü yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, alovlar 4000 kvadrat metr ərazini əhatə edir.

Yanğının söndürülməsi üçün 2 helikopter cəlb edilib. Hadisənin səbəbi açıqlanmayıb.

***

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, anbardakı yanğın tamamilə söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsi üçün 120 canlı qüvvə, 40 texnika və 2 helikopter cəlb edilib.