Moskvada hindistanlı biznesmen atəşə tutuldu - Video

moskvada-hindistanli-biznesmen-atese-tutuldu
Oxunma sayı: 1314

Ötən gün Moskvada hindistanlı biznesmen Lumba Cipotiyə və əməkdaşına atəş açılıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hadisə anbaan kameralarda qeydə alınıb. İş adamının avtomobilinə doğru qaçan cinayətkarlar əvvəlcə travmatik tapançadan atəş açıblar. Daha sonra isə odlu silahla atəş açmağa başlayıblar. Biznesmenlə yanındakı şəxs başından yara alıb.

Atəş açanlar yaralıların telefonlarını götürərək hadisə yerindən qaçıblar.