“Moskvada hücuma məruz qaldım” - Borrell

moskvada-hucuma-meruz-qaldim
Oxunma sayı: 1410

“Rusiyanın paytaxtı Moskvaya səfərim zamanı təhqirə yox, hücuma məruz qaldım”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali komissarı Cozep Borrell “France 24” televiziyasına açıqlamasında dilə gətirib.

O bildirib ki, fevralda baş tutan görüşləri ona yönəlmiş hücumun nümayişi hesab edir:

“Bu, təhqir deyil, hücumdur”.

Diplomat Rusiya ilə Aİ arasındakı əlaqələrin “ölü vəziyyətdə” olduğunu sözlərinə əlavə edib.