Moskvada insanların hərəkəti məhdudlaşdırılır

moskvada-insanlarin-hereketi-mehdudlasdirilir
Oxunma sayı: 2674

Martın 30-dan etibarən Moskva və Moskvaətrafı sakinləri üçün koronavirus səbəbindən özünütəcrid rejimi tətbiq ediləcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyaninin rəsmi saytında məlumat dərc edilib. Məlumata görə, şəhər əhalisi yalnız mənzillərindən təcili tibbi yardıma müraciət edərkən, işə gedərkən, mağaza və aptekə yollanarkən, zibil atarkən, ev heyvanlarını yaşayış yerindən 100 metr məsafədə gəzdirərkən çıxa biləcəklər.

Analoji tədbirlər Moskvaətrafında da tətbiq ediləcək.