Moskvada isti hava ilə bağlı xəbərdarlıq edildi

moskvada-isti-hava-ile-bagli-xeberdarliq-edildi
Oxunma sayı: 2706

Bu gün Moskvada hava təhlükəsinin “narıncı” səviyyəsi elan olunub.

“Qafqazinfo” Rusiyanın Hidrometeorologiya Mərkəzinə istinadən xəbər verir ki, buna səbəb paytaxt Moskvada isti havaların müşahidə olunması olub. 

Məlumata əsasən, təbii fəlakət baş verməsi ehtimalı da var. 

Qeyd olunur ki, isti hava şəraiti və temperaturun müsbət 30 dərəcə olması ilə bağlı xəbərdarlıq yerli vaxtla 11:00-da başlayacaq və 18:00-a qədər davam edəcək. 

Bununla yanaşı, 9:00-dan 21:00-a qədər külə əsəcəyi və şimşək çaxacağı da bildirilir. Proqnozlara əsasən, küləyin sürəti 17m/saniyəyə çatacaq.