Moskvada karantinin yumşalmasının birinci mərhələsi elan edildi

Moskvada karantinin yumşalmasının birinci mərhələsi elan edildi
Oxunma sayı: 2419

Moskvada koronavirus epidemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasının birinci mərhələsi elan edilib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qərarı şəhər meri Sergey Sobyanin bildirib. Onun sözlərinə görə, Moskvada vəziyyətin inkişafı üçün ən pis ssenaridən qaçmaq mümkün oldu:

“Yoluxma faktı üzrə xəstələrin sayında azalma başlayıb. Xəstəxanalardan daha çox insanlar buraxıldı. Hesab edirəm, bu şərtlər daxilində biz iqtisadiyyatın tədricən “açılmasına” və şəhər təşkilatlarının yenidən fəaliyyətinə davam edə bilərik”.