Moskvada keçirilən aksiyalarda 10-dan çox insan xəsarət alıb

moskvada-kecirilen-aksiyalarda-10-dan-cox-insan-xesaret-alib
Oxunma sayı: 1360

Polis şənbə günü Moskvada razılaşdırılmamış aksiyada xəsarət almış 10-dan artıq şəxsin tibbi yardım üçün müraciətləri üzrə yoxlama aparır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TASS”a hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

“Xəstəxanalardan polisə 17 yaşdan 55 yaşadək səkkiz kişi və 17 yaşdan 55 yaşadək dörd qadının tibbi yardım üçün müraciət etmələri barədə telefonoqramlar daxil olub”, - agentliyin həmsöhbəti deyib.

Daha bir 17 yaşlı yeniyetmə izdihamda zərər çəkib. Bütün faktlar üzrə yoxlamalar aparılır.

Qeyd edək ki, yanvarın 23-də Moskvada bir müddət əvvəl saxlanılan müxalifətçi Aleksey Navalnya dəstək aksiyası keçirilib. “TASS”ın tibb dairələrindəki mənbəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının 42 əməkdaşı müxtəlif dərəcədə bədən xəsarəti alıb. Etirazçılar arasında da xəsarət alanlar var.