Moskvada koronavirus qurbanlarının sayı açıqlandı

moskvada-koronavirus-qurbanlarinin-sayi-aciqlandi
Oxunma sayı: 731

Moskvada son sutka ərzində daha 11 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 044-ə çatıb.

Ümumilikdə Moskvada 274,8 mindən çox insan koronavirusa yoluxub, 235,1 mindən çox insan isə virusa qalib gəlib.