Moskvada koronavirus qurbanlarının sayı açıqlandı

moskvada-koronavirus-qurbanlarinin-sayi-aciqlandi
Oxunma sayı: 717

Moskvada son sutka ərzində daha 16 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 5 100-ə çatıb.

Ümumilikdə Moskvada 278 388 nəfər koronavirusa yoluxub, 239 126 min nəfər isə virusa qalib gəlib.