Moskvada koronavirus xəstəsi sağaldı

moskvada-koronavirus-xestesi-sagaldi
Oxunma sayı: 2195

Moskvada yeni növ koronavirusa yoluxan şəxs sağalıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova məlumat verib. Onun sözlərinə görə, pasiyentdə təkrar analizlər götürülüb və nəticələr neqativ çıxıb. O, tezliklə xəstəxanadan buraxılacaq.

Qeyd edək ki, Rusiyada koronavirus xəstələrinin sayı 13 nəfərdir.