Moskvada koronavirusdan 5 nəfər öldü

moskvada-koronavirusdan-5-nefer-oldu
Oxunma sayı: 1609

Moskvada 5 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ölənlər 61-74 yaş aralığında olan pasiyentlərdir. Onlarda kardioskleroz, hipertoniya, xroniki ağciyər çatışmazlığı, onkoloji xəstəliklər, şəkərli diabet də müşahidə olunub.  

Qeyd edək ki, Rusiyada koronavirusdan ümumilikdə 17 nəfər dünyasını dəyişib. Virusa yoluxanlar isə 2337 nəfərdir.