Moskvada koronavirusdan daha 57 nəfər öldü

moskvada-koronavirusdan-daha-57-nefer-oldu
Oxunma sayı: 916

Moskvada son sutka ərzində daha 57 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 2806 nəfərə çatıb.

Qeyd edək ki, bütövlükdə Rusiyada koronavirusa yoluxma halı 441 108-ə çatıb, 5 384 nəfər dünyasını dəyişib, 204 623 pasiyent sağalıb.