Moskvada koronavirusdan daha 71 nəfər dünyasını dəyişdi

moskvada-koronavirusdan-daha-71-nefer-dunyasini-deyisdi
Oxunma sayı: 822

Moskvada daha 71 pasiyent Covid-19-un qurbanı olub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, ölənlərin hər birinə pnevmoniya diaqnozu da qoyulub. Beləliklə, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin sayı 2624 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada 4855 nəfər koronavirusdan dünyasını dəyişib, 414 min 878 nəfər isə virusa yoluxub.