Moskvada koronavirusdan ən yüksək ölüm halı qeydə alındı

moskvada-koronavirusdan-en-yuksek-olum-hali-qeyde-alindi
Oxunma sayı: 2485

Moskvada son sutka ərzində koronavirusdan ən yüksək ölüm halı qeydə alınıb.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, son bir gün ərzində Rusiyanın paytaxtında 74 nəfər dünyasını dəyişib. Dünən bu rəqəm 68 nəfər olub. Bununla da Moskvada Covid-19 qurbanlarının sayı 1432 nəfərə yüksəlib. Sutka ərzində 4748 nəfər isə virusa yoluxub.

Qeyd edək ki, Rusiyada koronavirusdan ümumilikdə 2418 nəfər koronavirusdan ölüb, 262 min 843 nəfər isə virus daşıyıcısıdır.