Moskvada koronavirusdan ölənlərin sayı 1000-i keçdi

moskvada-koronavirusdan-olenlerin-sayi-1000-i-kecdi
Oxunma sayı: 1254

Moskvada son sutka ərzində koronavirusdan daha 54 pasiyent ölüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 1010 nəfər olub.

Ölkədə ümumilikdə 187 min 859 nəfər koronavirusa yoluxub, onlardan 1723-ü dünyasını dəyişib, 26 min 608 nəfər isə sağalıb. Təxminən 5 milyon test aparılıb.