Moskvada koronavirusdan ölənlərin sayı 51 nəfər də artdı

moskvada-koronavirusdan-olenlerin-sayi-51-nefer-de-artdi
Oxunma sayı: 1087

Moskvada sutka ərzində 51 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 956 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada 177 minə yaxın insan koronavirusa yoluxub. 1600-dən çox insan isə ölüb, 23 min nəfər sağalıb.