Moskvada koronavirusla bağlı son vəziyyət

moskvada-koronavirusla-bagli-son-veziyyet
Oxunma sayı: 1223

Moskvada son sutka ərzində daha 62 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında COVID-19 qurbanlarının sayı 6 442-yə çatıb.

Moskvada ümumilikdə 395 816 nəfər koronavirusa yoluxub, 290 524 pasiyent xəstəliyə qalib gəlib.