Moskvada koronavirusla bağlı vəziyyətə dair - Rəsmi açıqlama

moskvada-koronavirusla-bagli-veziyyete-dair
Oxunma sayı: 2478

Moskvanın bələdiyyə sədri Sergey Sobyanin paytaxtdakı pandemiya vəziyyətinin son dərəcə çətin olduğunu, xəstəxanaya yerləşdirilənlərin və həyatını itirənlərin sayının artdığını bildirib.

“Qafqazinfo” “Sputnik”ə istinadən xəbər verir ki, o, bu barədə Rusiya hökuməti tabeliyindəki Koronavirusla Mübarizə Koordinasiya Şurasının iclasında danışıb.

“Moskvadakı vəziyyət son dərəcə çətindir. Yeni müəyyən edilən yoluxmaların sayı, demək olar ki, eyni səviyyədə irəliləyir, ancaq bu, çox yüksək bir səviyyədir və öncəki bütün dönəmlərin rekordu vəziyyətindədir”, - o vurğulayıb.

Sobyanin xəstəxanaya yerləşdirilənlərin sayının artdığını və Moskvada xəstəxanalardakı dolu yataq sayının 15 minə çatdığını qeyd edib:

“Bu, çox yüksək göstəricidir. Bunların böyük əksəriyyəti ağır və çox ağır xəstələr, eləcə də, reanimasiyadakı xəstələrdən ibarətdir. Son bir həftədə xəstəxanalardakı ölü sayı da artdı”.

Qeyd edək ki, son sutkada Moskvada 6 min 209 yeni yoluxma faktı qeydə alınıb, 121 nəfər isə ölüb.