Moskvada koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilir

moskvada-koronavirusla-bagli-yeni-mehdudiyyetler-tetbiq-edilir
Oxunma sayı: 1530

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa yoluxma hallarının artması ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Moskva şəhərinin meri Sergey Sobyanin açıqlayıb.

Məlumata əsasən, oktyabrın 28-dən etibarən Moskvada və əyalətlərdə teatr və muzeyləri ziyarət etmək üçün QR-kodlar tələb olunacaq.

Bununla yanaşı, noyabrın 8-dən etibarən Moskvada 500-dən çox insanın toplaşdığı istənilən kütləvi tədbirə daxil olmaq üçün də QR-kodlar məcburi olacaq. 

Eyni zamanda, mer 60 yaşdan yuxarı moskvalılar və bir sıra xroniki xəstəliklərdən əziyyət çəkənlərlə də bağlı fərman imzalayıb. Yeni qaydalara əsasən, sözügedən şəxslər oktyabrın 25-dən başlayaraq 4 ay müddətinə ev rejiminə keçməlidir. Həmin qrupa daxil olan şəxslər son altı ay ərzində koronavirusa yoluxubsa, bu qaydadan azad olunur.