Moskvada Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN rəsmi tviter hesabında paylaşıb.
***
Görüşdən əvvəl açıqlama verən Sergey Lavrov türkiyəli həmkarına bunları söyləyib: “Səfəriniz çox yerinə düşdü. Türkiyənin Ukrayna mövzusundakı balanslı mövqeyi çox önəmlidir. Rusiya Moskva və Ankaranın mövqelərindəki fikir ayrılığına baxmayaraq, Türkiyənin Ukraynadakı vəziyyətə yanaşmasını yüksək qiymətləndirir”.
***
Mövlud Çavuşoğlu: “Türkiyə boğazların statusuna dair Montrö Konvensiyasına sadiqliyini bir daha təsdiqləyir və onun müddəalarına əməl edəcək”.
***
Tərəflər arasında görüş yekunlaşıb.

Son xəbərlər
Son Xəbərlər