Moskvada Maqomayevin adına küçə verilə bilər

moskvada-maqomayevin-adina-kuce-verile-biler
Oxunma sayı: 1120

Rusiyanın paytaxtı Moskva şəhərində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin adına küçə verilə bilər.

Bu barədə “Qafqazinfo” “Moscow-Baku” nəşrinə istinadən xəbər verir. 

Məlumata görə, ictimaiyyət nümayəndələri və Moskvanın Azərbaycan diasporu şəhər hakimiyyətinə müraciət edərək Müslüm Maqomayevin adını Yeni Moskvada küçələrdən birinə vermək təşəbbüsünü irəli sürüblər.