Moskvada maşın metrostansiyanın vestibülünə çırpıldı - 3 ölü, 2 yaralı

moskvada-masin-metrostansiyanin-vestibulune-cirpildi
Oxunma sayı: 974

Moskvada minik avtomobilinin metrostansiyanın vestibülünə çırpılması nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə paytaxtın şimalında yerləşən Mərkəzi Dairəvi “Okrujnaya” stansiyasında baş verib.

Məlumata görə, avtomobildə ümumilikdə 5 nəfər olub.

Hazırda qəzanın səbəbləri araşdırılır.