Moskvada maska və əlcək taxmaq məcburi olacaq

moskvada-maska-ve-elcek-taxmaq-mecburi-olacaq
Oxunma sayı: 1063

Rusiya paytaxtında koronavirus epidemiyası ilə bağlı tətbiq olunacaq yeni qaydalara əsasən ictimai nəqliyyatda maska və əlcək taxmaq məcburi olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva şəhərinin meri Sergey Sobyanin açıqlama verib:

“Metroda xüsusi təcrid sistemi tətbiq olunacaq, qaydalar sərtləşdiriləcək. Bununla ictimai nəqliyyatda maska ​​və əlcək taxmaq məcburi olacaq”.

Bildirilib ki, bu rejim mayın 12-dən etibarən qüvvəyə minəcək. Eyni zamanda hərəkət üçün rəqəmsal icazə sisteminin də tətbiq olunacağı qeyd olunub.