Moskva vilayət məhkəməsində atışma baş verib.
“Qafqazinfo” Trend-ə istinadən xəbər verir ki, atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb. İlkin məlumatlara görə, hadisə nəticəsində yaralılar var. Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib.
Rusiya İstintaq Komitəsinin verdiyi son məlumata görə, atışma nəticəsində Rusiya qvardiyasının bir əməkdaşı yaralanıb. Dörd cinayətkar öldürülüb, ikisi ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçıdən silahı alaraq atəş açmağa başlayıb.
Son xəbərlər
Son Xəbərlər