“Moskvada məndən soruşurlar ki, o boyda hava limanı cəmi 8 aya necə tikilib?”

“Moskvada məndən soruşurlar ki, o boyda hava limanı cəmi 8 aya necə tikilib?”
Oxunma sayı: 2483

“Xoşbəxtəm ki, mən belə günləri gördüm və özüm də iştirakçısı oldum. Atamın ev muzeyini bərpa edərkən çox böyük həvəslə, səhərdən axşamadək fəhlələrin yanında oldum. Orada hər qurulan lap xırda daşı da çox böyük həvəslə özüm həll edirdim, izləyirdim, kömək edirdim. Bu, mənim üçün çox xoş idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, müharibədən sonra quruculuq işləri çox böyük sürətlə gedir.

“Moskvada da mənə sual verirlər ki, “necə ola bilər ki, o boyda beynəlxalq hava limanı cəmi 8 aya tikilib?” Doğrudan da, bu, böyük möcüzədir. 

Mən özüm avtomobil sürməyi çox sevirəm. Şuşaya özüm sükan arxasında gedib-gəlirəm. Bu yolun tikilməsi demək olar ki, gözümün qarşısında mərhələ-mərhələ həyata keçirilib, 8-9 aya dağların ətəyində asfalt yol salınıb. Bir var bunu televizayadan izləyəsən, bir də var ki, özün gözlərinlə görəsən, ayağınla gəzəsən. Çox böyük zövq alırsan ki, sənin dövlətin, sənin Prezidentin böyük işlər görür və bu işlər uğurla həyata keçirilir”.

Gülnar Əliyeva