Moskvada minlərlə insan “Teleqram”a görə aksiya keçirdi

moskvada-minlerle-insan-teleqrama-gore-aksiya-kecirdi
Oxunma sayı: 2025

Rusiyanın paytaxtı Moskvadan 10 minə yaxın etirazçı fəaliyyətinə qadağa qoyulan “Teleqram” sosial şəbəkəsinə yenidən açılması üçün aksiya keçiriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Libertarian Partiyasının təşkilatçılığı ilə baş tutan mitinqə müxlaifət lideri Aleksey Navalnıy da qatılıb.

Etirazçılar Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Rabitə sahəsində nəzarət üzrə Federal Xidmət (“Roskomnadzor”) əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, “Telegram” istifadəçilərin məlumatlarının başqalarına ötürülməsində ittiham edilərək Rusiya ərazisində qadağan edilmişdi. Bir neçə gün öncə isə İran da eyni addımı atmışdı.