Moskvada növbəti etiraz aksiyası - 600 nəfər saxlanıldı

moskvada-novbeti-etiraz-aksiyasi
Oxunma sayı: 2098

Bu gün Moskvanın mərkəzində razılaşdırılmamış növbəti aksiya keçirilib.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, aksiyada 1500 nəfər iştirak edib.

Onlardan təxminən 600 nəfəri saxlanılıb.

Yerli hüquq-mühafizə orqanları Tversk küçəsinə toplaşan aksiya iştirakçılarını asayişi pozmamağa və dağılışmağa çağırıb.

Qeyd edək ki, iyulun 27-də Moskvada müxalifətçi namizədlərin bələdiyyə seçkilərinə buraxılmamasına etiraz olaraq icazəsiz aksiya keçirilməsinə başlanılıb. Həmin vaxt kütləvi mitinqdə təxminən 3500 nəfər iştirak edib.