Moskvada özünütəcrid rejimi mayın 11-dək uzadılıb.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin fərman imzalayıb. Fərmana əsasən, mayın 11-dək tətbiq edilən bütün məhdudiyyətlər qüvvədə olacaq. Sobyanin qeyd edib ki, hazırkı şəraitdə karantinin ləğvi “məsuliyyətsiz və populist qərar” olardı.
Qeyd edək ki, Moskvada 48 min nəfər koronavirusa yoluxub, 479 nəfər dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər