Mayın 9-da Varşavada Rusiya səfirinə qarşı olan hücumdan sonra naməlum şəxslər Moskvadakı Polşa səfirliyinin qarşısındakı lövhənin üzərinə qırmızı boya atıblar.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, səfirlik bu hadisəni “xuliqan davranış” adlandırıb.
Bildirilib ki, hazırda ərazidə sakitlikdir, təmizlik işləri aparılır.
Xatırladaq ki, mayın 9-da Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Varşavada sovet əsgərlərinin qəbiristanlığına əklil qoymağa çalışarkən üzünə qırmızı boya atmışdılar.
Son xəbərlər
Son Xəbərlər