Moskvada qəza törədən azərbaycanlı repçiyə hökm oxundu

moskvada-qeza-toreden-azerbaycanli-repciye-hokm-oxundu
Oxunma sayı: 2334

Rusiyada yol-nəqliyyat hadisəsi törətmiş azərbaycanlı repçi Elleyə (Elmin Quliyev) hökm oxunub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Moskva Xamovniçeski Məhkəməsinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, repçinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb və o, 4 il azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, 21 sentyabrda Elley idarə etdiyi “Infiniti” markalı avtomobillə “Mercedes”lə toqquşub və səkiyə çırpılıb. Hadisə zamanı 3 nəfər yaralanıb.