Moskvada ŞƏT və MDB müdafiə nazirlərinin görüşü keçirildi

moskvada-set-ve-mdb-mudafie-nazirlerinin-gorusu-kecirildi
Oxunma sayı: 1417

Dekabrın 9-da Rusiyanın paytaxtı Moskvada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) və Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin müdafiə nazirlərinin görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, ölkəmizi bu iclasda Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov təmsil edib.

General-mayor H.Mahmudov iclasda çıxış edərək Ermənistanın Azərbaycana qarşı 30 il ərzində törətdiyi cinayətlər barədə ətraflı məlumat verib.

İdarə rəisi vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə təhlükəsizliyin təmin edilməsi və  bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir.

Qeyd olunub ki, işğaldan azad edilən ərazilərdə erməni hərbi birləşmələri tərəfindən basdırılan minalar səbəbindən bərpa işləri ləngiyir.

Münaqişə bitəndən indiyədək 268 azərbaycanlının bu minalardan həlak olduğu və yaralandığı diqqətə çatdırılıb.