Moskvada sifarişli qətl - Yenilənib

moskvada-sifarisli-qetl
Oxunma sayı: 5616

Rusiyanın paytaxtı Moskvada naməlum şəxs ətrafdakı insanlara atəş açıb.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, hadisə Kunçevskaya metro stransiyası yaxınlığında baş verib.

Ölkə prokurorluğunun məlumatına görə, 1989-cu il təvəllüdlü kişinin cəsədi aşkar edilib. 

İnsidentlə bağlı detallar açıqlanmayıb.

***

Rusiya Daxili İşlər Nazirliyinin Baş idarəsi insident zamanı güllələnən şəxsin kimliyini açıqlayıb.

Məlumata görə, həmin şəxs idman camiəsində tanınmış proskeyter (ekstremal idman növü) Konstantin Balişanskiydir. 

Bununla yanaşı, nazirlik ilkin məlumatlara əsasən, insidenti sifarişli qətl hesab etdiyini bildirib. Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başladılıb. Hadisə şahidlərinin sözlərinə görə isə, qara maskada olan şəxs digər bir şəxsə arxadan çataraq onu güllələyib. Zərərçəkən yıxıldıqdan sonra maskalı şəxs ona daha bir neçə dəfə atəş açıb.

***

Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisəni törətməkdə təqsirləndirilən şəxs saxlanılıb. Onun saxlanılarkən yaralandığı bildirilib.