Moskvada silahlı dava - 10 nəfər tutuldu

moskvada-silahli-dava
Oxunma sayı: 1751

Moskvanın cənub-şərqində “Ryazansk prospekti” metrostansiyası yaxınlığında kütləvi dava olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, silahlı davada 30-dək insan iştirak edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 10 nəfəri saxlayıb. İnsidentin iştirakçılarından biri digərlərinə atəş açıb. Hazırda onun axtarışları aparılır.

Xəsarət alanlar haqda hələlik məlumat yoxdur.