Moskvanın mərkəzində “Wildberries” şirkətinin baş ofisində silahlı insident baş verib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı şirkət sahibi Tatyana Bakalçuk təsdiqləyib.
Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər yaralanıb.
Xəsarət alanların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
***
Hadisə ilə bağlı 28 nəfər saxlanılıb.
***
“İnterfaks”ın hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumatına görə, atışma zamanı bir nəfər həlak olub.
Bununla yanaşı, Tatyana Bakalçukun sözlərinə görə, həyat yoldaşı Vladislavın başçılığı ilə bir qrup şəxs şirkətin bir neçə ofisini ələ keçirməyə cəhd edib. Şirkət atışmanın Vladislav Bakalçuku müşayiət edən silahlı şəxslər tərəfindən törədildiyini iddia edib.