Moskvada son 24 saatda 434 yoluxma faktı aşkarlandı

moskvada-son-24-saatda-434-yoluxma-fakti-askarlandi
Oxunma sayı: 1143

Rusiyanın paytaxtı Moskvada koronavirusa yoluxanların sayı daha 434 nəfər artaraq 3357-yə çatıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Moskva şəhər meriyası açıqlama verib. Açıqlamada bildirilir ki, yoluxanların 24-ü xəstəlik səbəbindən həyatını itirib, 168 nəfər isə xəstəlikdən sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, Rusiyada 43 nəfər koronavirusdan həyatını itirib, yoluxma hallarının ümumi sayı isə 582 nəfər artaraq 4,731-ə çatıb.