Moskvada sutka ərzində 12 nəfər koronavirusdan dünyasını dəyişib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bununla da paytaxtda Covid-19 qurbanlarının sayı 3669 nəfərə çatıb. Pandemiya dövründə Moskvada ümumilikdə 217 minədək yoluxma halı qeydə alınıb. Onlardan 140 min nəfəri sağalıb.
Rusiyada isə 607 minədək insan Covid-19 xəstəsidir. 6 mindən çox insan isə dünyasını dəyişib.
Son xəbərlər
Son Xəbərlər