Moskvada son sutkada koronavirusdan 25 nəfər öldü

moskvada-son-sutkada-koronavirusdan-25-nefer-oldu
Oxunma sayı: 1517

Moskvada son sutka ərzində daha 25 nəfər koronavirusdan dünyasını dəyişib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bununla da Rusiyanın paytaxtında Covid-19 qurbanlarının sayı 3929 nəfərə çatıb. Son 24 saat ərzində isə 659 nəfər virusa yoluxub. Hazırda Moskvada 223 min 530 koronavirus xəstəsi var.

154 min 839 nəfər isə xəstəliyə qalib gəlib.