Moskvada son sutkada koronavirusdan ölənlərin sayı açıqlandı

moskvada-son-sutkada-koronavirusdan-olenlerin-sayi-aciqlandi
Oxunma sayı: 1278

Rusiyanın paytaxtı Moskva şəhərində daha 67 pasiyent koronavirusun qurbanı olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Operativ Qərargah məlumat yayıb.

Bununla da Moskvada COVID-19 qurbanlarının sayı 1 934-ə yüksəlib.

Qeyd edək ki, Rusiyada hazırda 223 374 koronavirus xəstəsi var. 3 249 nəfər isə dünyasını dəyişib.